top of page

Ceyms Çen: Bir Kəmər, Bir Yol Təşəbbüsünun Cənubi Qafqaz Regionuna Təsiri

          Cənubi Qafqaz bölgəsi, ətraf bölgələrlə müqayisədə nisbi əhəmiyyət daşımadığı üçün tarixi araşdırmalarda çox vaxt diqqətdən kənarda qalır. Qədim dövrlərdən günümüzə qədər Cənubi Qafqaz əvvəlcə Roma imperiyası, Sasanilər, Bizans, İslam Xilafəti, Osmanlı, Rus və Səfəvi imperiyaları kimi bir biri ilə döyüşən böyük imperiyaların kölgəsi altında mövcud olub, daha sonra isə XX əsrdə Sovet İttifaqı tərəfindən idarə olunub. Tarixçilər qonşu imperiyaları və onların dünya tarixində buraxdıqları izləri araşdırmağa üstünlük verdikləri üçün bu tendensiya bu gün də davam edir. Cənubi Qafqaz gözdən uzaq olsa da, bugünkü geosiyasi mühiti nəzərə alaraq gözardı oluna bilməz.

          Cənubi Qafqaz ölkələri - Ermənistan, Azərbaycan və Gürcüstan 1990-cı illərin əvvəllərində keçmiş Sovet İttifaqından azad olmuşlar. Sovet blokundan azad olan Cənubi Qafqaz Rusiya, Yaxın Şərq, Türkiyə və İran arasındakı optimal coğrafi mövqeyi və həmçinin Aralıq dənizi bölgəsi kimi digər bölgələrə asan çıxışı olması nəticəsində indi daha geniş dünya arenasında iştirak edə bilər. Bu qədər çox bölgənin mərkəzində olmasına baxmayaraq, Cənubi Qafqazın dünya ticarətindəki potensialı hələ tam şəkildə ortaya qoyulmamışdır. Bu üç Qafqaz ölkəsi içərisində Azərbaycan ən böyük təbii ehtiyatlara malikdir. 2019-cu ildə ixrac dəyərləri müvafiq olaraq 2,6 milyard dollar və 3,8 milyard dollar olan Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycan 19,6 milyard dollarlıq məhsul ixrac edib. Təbii qaz və neft ixracı Azərbaycanın ümumi ixracının 90% -ni təşkil etmişdir. Bu ixrac olunan mallar müxtəlif istiqamətlərdə - İsrail, İtaliya, Albaniya və Türkiyədə boru kəmərlərindən keçir. Cənubi Qafqazla qonşuları arasında əlaqə hələ də əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər: İran ümumiyyətlə Cənubi Qafqazla çox az ticarətlə dünyadan təcrid olunmuşdur və Ermənistan xarici təsirlərə inamsızlıq səbəbindən sərhədlərini sərhədlərarası inkişafa açmaq istəmir. Bu məlumatlara əsaslanaraq aydın olur ki, xüsusilə Ermənistan və Gürcüstan öz malları üçün həm kapital, həm də bazar əldə etmək üçün xarici dünya ilə daha sıx əlaqədən faydalana bilər.

 

          ABŞ və AB kimi Qərb dövlətləri 1990-cı illərdə qonşu bölgələrdə iğtişaşlar başlayanda Cənubi Qafqaza sərmayə qoyublar. Ancaq müasir dünyada Qərb ölkələrinin Cənubi Qafqaza təsiri və marağı getdikcə daha çox şübhə altına qoyulur. Tramp və Baydenin prezidentliyi dövründə ABŞ xarici siyasətində dəyişiklik müşahidə olunub. Prezident Tramp ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını elan etdi və bu proses Prezident Bayden administrasiyası vaxt başa çatdı. Bundan başqa, prezident Bayden həm də bəzi əsgərlərin İraqdan çəkildiyini elan etdi və qalan qüvvələrinin döyüş kateqoriyası dəyişdirildi. NATO-nun Yaxın Şərqdəki hərbi varlığının hərbi baxımdan azalması Cənubi Qafqazın Qərb üçün daha az əhəmiyyət kəsb etməsi ilə nəticələnir. İqtisadi baxımdan, Qərb hələ də regionun ən böyük investorlarından sayılır, bu da Cənubi Qafqaz iqtisadiyyatının önəmli hissəsi olaraq, Qərb ölkələrinin Cənubi Qafqazdakı vacibliyini göstərir.

          Qərbi-Cənubi Qafqaz münasibətlərinin digər tərəfində Ermənistan və Azərbaycanın hər ikisinin də Qərbə etibar etməmələri durur. Qəribə olsa da, səbəblər eynidir. Ermənistan hiss edir ki, Qərb Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu yerinə yetirməyib. Səhnə arxasında Azərbaycan, ABŞ-dakı əhəmiyyətli erməni azlıqların sayəsində Qərbin qərarlarının Azərbaycana qarşı qərəzli olduğunu hiss etdi və Qərbin Azərbaycan rejimini əvvəllər qınamaları, Qərblə geniş danışıqları Azərbaycan tərəfi üçün maraqsız etdi.

          Rusiya Cənubi Qafqaza ən yaxın supergücdür, öz gücünü orada yerləşən hər üç ölkəyə yönəltmək üçün ən qabiliyyətli və istəklidir. Hər üç ölkə, Sovet İttifaqının dağılmasından sonra Rusiyaya tam etibar etmir, xüsusilə də Rusiya tərəfindən dəstəklənən separatçı hərəkatlar nəticəsində ərazilərinin bir hissəsini - Abxaziya və Şimali Osetiyanı itirən Gürcüstan. Rusiya ilə Cənubi Qafqaz ölkələri arasındakı mürəkkəb tarix onu hər üç ölkəni məmnun edə biləcək əsas tərəfdaş olmasını istisna variant edir. 

          Qonşu bölgələrin keçmişinə nəzər salsaq, Cənubi Qafqaz indi Şərqə yönəlir. ​​Si Cinpinin başçılığı altında olduğu dövrdə Çinin dünyaya geniş baxışları vardı. Yeni Çin proqramı olan Bir Kəmər, Bir Yol Təşəbbüsü (BRI) rəsmi olaraq 2013 -cü ildə başlamışdır. Layihənin məqsədi, xüsusən inkişaf etməkdə olan ölkələrdə, qədim zamanların Böyük İpək Yolu üzərində qurulan qlobal ticarət şəbəkəsini inkişaf etdirməkdir. Ticarət şəbəkələrinin inkişafı üçün BRI infrastrukturun qurulmasına, ticarət siyasətinin əlaqələndirilməsinə və xaricdə Çin investisiyalarının təşviqinə fokuslanır. BRI-nin son məqsədi Çinin bu bölgələrdə təsirini gücləndirmək və ABŞ dollarına qarşı başqa bir potensial qlobal valyuta olan yuanı tanıtmaqdır.

          Cənubi Qafqaz ölkələri Çini Rusiyanın Qafqazdakı gücünə qarşı bir tarazlıq olaraq görür. Ermənistan, Azərbaycan və Gürcüstan Çini Avropa ilə birləşdirən Çin-Mərkəzi Asiya-Qərbi Asiya BRI İqtisadi Dəhlizinin üzvləridir. Bu dəhliz yerli Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafına uyğundur. Bu layihə sayəsində Çinin Sian şəhərindən olan bir qatar Praqaya cəmi 18 gündə çatır. Bu sınağın sürətli müvəffəqiyyəti cəsarətləndiricidir və gələcəkdə Cənubi Qafqazı əhatə edəcək daha çox infrastruktur planlarına səbəb olacaqdır. Dünyanı birləşdirərkən, qlobal inteqrasiyanın indiki təsiri daha iddialı və hamı üçün faydalı ola bilər. Çin ilə Avropa arasındakı bu şəbəkənin bir hissəsi olaraq Cənubi Qafqaz iqtisadi baxımdan faydalanacaq. Bu, bütün dünyanın Cənubi Qafqaza çıxışını genişləndirir, çünki Avropaya göndərilən mallar asanlıqla Amerikaya çatdırıla bilər və Çinə göndərilən mallar çoxsaylı dəniz yolları ilə Asiya və Şərqi Afrikaya asanlıqla çata bilər. Başqa bazarlara çıxışın asanlaşması, daha sərfəli imkanlara gətirib çıxarır və bununla da məhsuldarlığı və ÜDM -i artırır. Bu yeni bazarların açılması bütün Cənubi Qafqaz ölkələrinin inkişafı üçün böyük təkan olacaq.

          Prezident Əliyevin Çinə son səfəri zamanı Çin və Azərbaycan Azərbaycanda layihələrin inkişafı istiqamətində qarşılıqlı tərəfdaşlıq haqqında razılığa gəldilər. Hazırda BRI-nin bir hissəsi olan bu iki layihə artıq başa çatmış Bakı-Tbilisi dəmir yolu və hələ də tikilməkdə olan və 2035-ci ilə qədər tamamlanmalı olan Trans-Anadolu qaz kəməridir. Bu iki layihə Azərbaycanın ixracatının dünya bazarlarına daha sürətli və daha çox çıxmasına kömək edəcək və bu da milli iqtisadiyyatı ölkə daxilində yaxşılaşdıra biləcək daha çox kapital cəlb edəcək. Chartered Institute of Building (CIOB), BRI -nin təsiri nəticəsində Azərbaycanın ÜDM-in 2040-cı ilə qədər 4,6 milyard dollar artacağını proqnozlaşdırır. 

          Ermənistan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin (EAEU) tərkibində Azərbaycan və Gürcüstandan fərqlənir. EAEU bazarlarına əlverişli çıxış Ermənistanın ixrac iqtisadiyyatı üçün vacibdir. Ermənistan BRI icmasının bir hissəsi olsa da, onun ərazisində planlaşdırılan BRI marşrutları yoxdur. İxracatı ölkəni tərk edəndə Ermənistan hələ də inkişaf etmiş infrastrukturdan faydalana bilər. Dünya Bankının hesablamalarına görə, Ermənistanın ixrac mallarının çatdırılma müddəti təxminən 2%, ixrac ticarət xərcləri isə 1% azalacaq. Çin ticarət səviyyəsini 2008-ci ildə 0,5%-dən 2018-ci ildə 10,4% -ə qaldıraraq son illərdə Ermənistanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Çin bazarları ilə əlaqəni və BRI əlaqəsini Ermənistan iqtisadiyyatı üçün dəyərli edir. Ermənistan Şimal-Cənub Dəhlizinin yaradılmasında Gürcüstan, İran və Hindistanın tərəfdaşıdır, bu da Hindistan ilə EAEU, o cümlədən Ermənistan arasında ticarət müddətini 50%, ticarət xərclərini isə 30% azalda bilər.

          Hazırda Gürcüstan Cənubi Qafqazda ən çox yönlü ticarət mərkəzidir. Avropa Birliyi ilə əməkdaşlıq müqaviləsi imzalanana qədər də Qərbin çoxdankı tərəfdaşı olub. Eyni zamanda Cənubi Qafqazda Çin ilə azad ticarət müqaviləsi imzalayan yeganə ölkədir.  Qərb və Şərqlə əvvəlcədən mövcud olan əlaqəsi və qazanclı Cənubi Qafqaz bölgəsində yerləşməsi Gürcüstanı bölgədəki qlobal ticarət üçün əsas ticarət və nəqliyyat mərkəzinə çevirir. Gürcüstan hökuməti Türkiyə limanları ilə rəqabət aparmaq üçün Qara dənizə çıxışı yaxşılaşdırmaq üçün çalışır. Qərblə Türkiyə arasında gərginliyin nisbətən nizamlı olduğu indiki şəraitdə tamamlanmış Gürcüstan limanları qərb gəmiçiliyi üçün cəlbedici olacaq. Gürcüstanın Qərblə əlaqəsi çinli investorları sərmayə qoymağa və öz bazarlarına çıxış əldə etməyə təşviq edir. Hualing Korporasiyası tranzit Çin mallarını idarə etmək üçün azad sənaye zonası qurdu.

         Dünya Bankının 2007-ci il hesabatına görə, Cənubi Qafqaz iqtisadiyyatı güclü şəkildə inkişaf etmişdir. Gürcüstan və Ermənistanda yoxsulluq səviyyəsi 20%-ə enib, Azərbaycan yoxsulluq səviyyəsini 10%-ə endirməklə daha böyük uğur əldə edib. Təəssüf ki, Cənubi Qafqazda irəliləyiş tempi yavaşlayıb: bəzi vətəndaşlar yoxsulluqdan xilas olduqdan sonra yoxsullaşmağa meyllidir, digərləri isə mallarını daha yüksək səviyyədə satmaq üçün bazarlara çıxmaq üçün yerli infrastrukturun olmamasından əziyyət çəkirlər. Bölgədə həm yerli, həm də xarici layihələr həyata keçirildikdə, iqtisadi inteqrasiya davam edəcək və yeni imkanlar və kapital gətirərək aşağı təbəqə vətəndaşlarına fayda verəcəkdir. 

          Gələcəkdə BRI və digər layihələr gələcəkdə potensial olaraq ölkələr arasında və xarici bazarlara çıxış və nəqliyyatı asanlaşdıraraq Cənubi Qafqaz bölgəsini yaxınlaşdıra bilər. Ümid etmək istərdik ki, gələcəkdə sülh və firavanlıq bütün Cənubi Qafqaz ölkələrinin ortaq xüsusiyyətinə çevriləcəkdir.

bottom of page