top of page

Nikolas Qastiyyo: Azərbaycan Yəhudilərinin Tarixi və Müasir Rolunun Araşdırılması

Xülasə


          Cənubi Qafqaz regionu tarixən müxtəlif yəhudi əsilli əhaliyə ev sahibliyi etmişdir. İki ən böyük tarixi yəhudi icmaları Gürcüstan və Azərbaycan ərazilərində mövcud olmuşdur. Ancaq iki icmadan Azərbaycandakı iki səbəbə görə önə çıxır. Birincisi, yəhudilərin dil və mədəniyyət baxımından assimilyasiya etdiyi Gürcüstandan fərqli olaraq, Azərbaycan yəhudiləri əksər hallarda fərqli mədəniyyət sahələrini qoruyub saxlayırdılar. İkincisi, Gürcüstan və İsrail dövləti arasında laqeyd münasibətlər olduğu halda, Azərbaycan-İsrail əlaqələri möhkəmləndi. İsrail, Türkiyədən sonra bəlkə də Azərbaycanın ən yaxın müttəfiqidir - Azərbaycanın əksəriyyətini təşkil edən şiə müsəlman əhalisi nəzərə alınmaqla bu birlikdəlik daha böyük təsir bağışlayır. Bu iki səbəbdən Azərbaycandakı yəhudi təcrübəsi xüsusi diqqətə layiqdir. Bu məqalədə həm Dağ, həm də Aşkenazi olan Azərbaycan yəhudiləri üç linzadan araşdırılacaq: birincisi geniş tarixi, ikincisi, Azərbaycan yəhudilərinin Azərbaycan ilə daha geniş yəhudi icması arasında vasitəçi rolu araşdırılacaq və nəhayət, İsrail və Azərbaycan arasındakı əlaqələrin Azərbaycan yəhudilərinə nə dərəcədə aid edilə biləcəyini anlamağa çalışılacaq.

Azərbaycan Yəhudilərinin tarixi

          Mənbələr eramızdan əvvəl VI əsrə qədər müasir Azərbaycanda yəhudilərin olduğunu göstərir. Lakin, Azərbaycan tarixinin ən əhəmiyyətli iki yəhudi icması yalnız XVII -ci əsrdən başlayaraq gəldi. Bu icmalardan birincisi, ilk növbədə Səfəvi İranından gəlmişdir. XVII əsrdə İran yəhudiləri təqib və məcburi assimilasiya dalğalarına məruz qaldı, hansı ki, bir çoxlarının o zamankı Quba xanlığı olan indiki Azərbaycanın şimal-şərqinə məskunlaşdırılmasına yol açdı. Bu icma, Azərbaycan və Dağıstan üçün fərqli bir qrup olan Dağ yəhudilərinin əsasını təşkil edəcəkdir. Fars dünyasındakı ortaq mənşəyini və coğrafi olaraq Quba ətrafında mərkəzləşdiyini nəzərə alsaq, Dağ yəhudiləri, fərqli bir kimliyi qorumaq üçün Cənubi Qafqazdakı ən böyük yəhudi qrupu sayıla bilər. Gürcü, yəhudi və azərbaycanlı Aşkenaz həmyerlilərindən fərqli olaraq, Dağ yəhudiləri Fars dilinin dialekti olan Yəhudi-Tat dilində danışırlar. Ümumi Dağ yəhudilərinin icmasının ehtimal sayı 200.000 civarında olmağına baxmayaraq, günümüzdə bu dil dünyada 20.000 və 50.000 arasında daşıyıcısı olaraq nəsli kəsilmək təhlükəsi ilə üz üzədir. Dağ yəhudiləri müsəlmənlara qadağan olan şərab istehsalatı ilə məşğul olaraq, iqtisadi cəhətdən canlı həyat tərzi sürürdülər. 19 -cu əsrə qədər iki Dağ yəhudisi ailəsi Rusiya və Qərb bazarlarına şərab ixrac edərək yerli maqnat oldular.

          Azərbaycanlı Aşkenazi icmasının sonrakı inkişafı Bakıda neft sənayesinin inkişafı ilə baş verdi. Çar imperiyasının antisemit slavyan bölgələrindən fərqli olaraq, Bakıda təkcə sosial-liberal mühit deyil, həm də geniş iqtisadi imkanları olan bir mühit mövcud idi. Kiçik bir Aşkenazi icması 19 -cu əsrin əvvəllərindən gələrək əsr boyu genişləndi. 1832 -ci ildə keçirilən siyahıyaalma nəticəsində Bakıda ümumilikdə 2154 Aşkenazi yəhudisi qeyd olundu. 1913 -cü ilə qədər icma şəhərin ümumi əhalisinin təxminən beş faizini təşkil edərək 9,689 -a yüksəldi. Dağ yəhudiləri həmyerliləri kimi, Bakının Aşkenazi yəhudiləri də inkişaf edən neft sənayesində maliyyəçi və bürokrat olaraq iqtisadi cəhətdən irəlilədilər. Kiçik olmasına baxmayaraq, icma Bakının iqtisadi həyatında böyük rol oynayırdı. Landau ailəsi Bakının Aşkenazi icmasının ən gözəl nümunəsidir. 1905 -ci il Kiyev poqromundan qaçan bu Aşkenazi ailəsi, Bakının sosial və iqtisadi səhnəsində mühəndislik, neft və tibb sahəsində ixtisaslaşmış bir ailə oldu.

 

          Sovet dövründə həm Dağ, həm də Aşkenazi yəhudiləri qonşuları ilə yaxşı münasibətləri qorudular. 1920-ci illərdə Bakı Rusiya Vətəndaş Müharibəsinin antisemitik şiddətindən qaçan Aşkenazi və 1926 və 1929-cu illərdə olan Dağıstan poqromlarından qaçan Dağ yəhudiləri qaçqınları üçün bir təhlükəsizlik məkanı olaraq xidmət etdi. İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Slavyan Sovetlər Birliyində artan atnisemitizm Azərbaycan SSR-də təkrarlanmadı. Əksinə, Aşkenazi yəhudiləri Bakı cəmiyyətində yüksək statusunu qorudu. Slavyan SSR -lərində adi olan yəhudilərə qarşı akademik diskriminasiyaya dair, Azərbaycanda nə Dağ nə də ki Aşkenazi yəhudilərinə qarşı akademik ayrı-seçkiliyin olduğuna dair heç bir dəlil yoxdur.

          Azərbaycanda antisemitizmin olmamasının səbəbini müəyyən edərkən ərazi və insan coğrafiyasını araşdırmaq vacibdir. Günümüzdəki Azərbaycan, Bizans, Slavyan, Fars, Ərəb, Monqol və yerli təsirlərin tarixi mədəniyyət kəsişməsi olaraq xidmət edib və bunların hamısı ərazinin mədəni tarixini formalaşdırıb. Tədqiqatçılar bu multikulturalizm tarixini Azərbaycan daxilində olan zəngin tolerantlığın mümkün bir izahı kimi göstərirlər. Əlbəttə ki, yəhudilərin qəbul edilməsinin mədəni əsaslarını yaradan tarixin müəyyən xoş təsadüfləri də də var, məsələn, orta əsr Azərbaycan liderlərinin tolerant yanaşmaları. Üstəlik, Azərbaycandakı yəhudi icması tarix boyu kiçik olaraq qaldı və bəzən balacalaşdı. 1952 -ci il siyahıyaalınması yalnız 9,716 Aşkenazi və 13,000 Dağ yəhudisi müəyyən etdi. Buna görə də, Azərbaycan yəhudiləri, yəhudilərin yerli əhalinin daha çox hissəsini təşkil edə biləcəyi Sovet İttifaqının digər bölgələrinə nisbətən daha az diqqət cəlb edirdi.

Azərbaycanı Dünya Yəhudiləri ilə birləşməsində Azərbaycan Yəhudi İcmasının rolu

İcma və İsrail Dövləti

          1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə Azərbaycanın yəhudi icmasının böyük bir hissəsi, birinci Dağlıq Qarabağ müharibəsinin gətirdiyi qeyri-sabitlik ilə bərabər, çöküşdə olan iqtisadiyyatdan qaçaraq İsrailə köçdü. 2016 – cı ilədək İsraildə olan 100.000 Azərbaycan yəhudisi ilə müqayisədə, Azərbaycanda təxmini 30.000 yəhudi qaldı. Ancaq bir çoxları Azərbaycanla iqtisadi, ailəvi və mədəni əlaqələrini qoruyub saxladılar. Həm Azərbaycan, həm də İsrail daxilində azərbaycanlı yəhudilər tez -tez öz ölkələri üçün həm mədəniyyət elçiləri, həm də poster uşaqları kimi fəaliyyət göstərirdilər.

          Azərbaycan Yəhudi icması bir əsrdən çoxdur ki, daha geniş yəhudi dünyasında iştirak edir. İsrail dövləti ilə Azərbaycan yəhudiləri arasındakı əlaqələr 1948 -ci ildə dövlətin rəsmi qurulmasından əvvələ gedib çıxır. Dağ yəhudilərindən ibarət heyyət 1898 -ci ilin əlamətdar Sionist Konqresində iştirak etmişdirlər. 1900 -cü illərin əvvəllərində Azərbaycanda rus və yəhudi – tat dillərində sionist yazılar nəşr olunurdu. 1920 -ci illər ərzində ümumilikdə 200 Azərbaycanlı yəhudi ailəsi Fələstinə köçdü. Yəhudi siyasi fəaliyyətləri 1922 -ci ildən başlayaraq Sovetlər tərəfindən bastırılsa da, SSRİ -nin alatoranlıq illərində məhdudiyyətlərin yumşaldılması yəhudilərin siyasi səfərbərliyinə və Azərbaycanın daxilindən daha geniş yəhudi dünyası ilə əlaqələrin yenidən qurulmasına imkan verdi. 

 

          Hazırda Azərbaycan daxilində yaşayan azərbaycanlı yəhudilər İsraillə əlaqələrini təbliğ edir və dəyərləndirirlər. İsrailli həmyerliləri isə buna qarşılıq verir. Bakıda bir sıra aktiv sinaqoqlar və sekulyar yəhudi institutları var. Bunlara Azərbaycan-İsrail Dostluq Təşkilatı, Yəhudi Qadın Təşkilatı və bir neçə yəhudi məktəbi daxildir. Bu məktəblər əsasən dünyəvi olsa da, "güclü bir millətçi və sionist xüsusiyyət" ə sahib olduqları kimi təsvir edilir. Bir çox yəhudi institut - məktəblər, icma mərkəzləri və uşaq düşərgələri Amerika Yəhudi Birgə Dağıtım Komitəsi və İsrail üçün Yəhudi Agentliyi kimi Amerika və İsrail Yəhudi təşkilatları tərəfindən idarə olunur. Bu təşkilatlar Azərbaycan cəmiyyətinin ən yüksək eşelonlarından görünən dəstək alırlar və bunu Azərbaycan prezidenti İlham Əliyevin Bakıya səfər edərkən yəhudi amerikalı nümayəndə heyətləri ilə şəxsən görüşməsinin güclü təcrübəsi sübut edir. Bu əlaqələr, Azərbaycanlı yəhudilər arasında keçmiş azərbaycanlı müsəlman qonşuları ilə eyni vətənpərvərlik hissinin mövcud olduğu İsrail daxilində qarşılıqlıdır. Azərbaycan sinaqoqlarında mütəmadi olaraq Azərbaycan bayraqları və Azərbaycan ordusunda xidmət edən icma üzvlərinin portretləri nümayiş olunur. İsraildəki Azərbaycan icmasının kiçik etirazları da normal haldır və 2020-ci il Dağlıq Qarabağ müharibəsi zamanı xüsusilə baş verirdi.

 

          Bu icmanın ictimai iştirakının təsirini müntəzəm olaraq Azərbaycan və Azərbaycan yəhudiləri haqqında məqalələr dərc edən yəhudi mətbuat orqanlarında görmək olar. Bəzi nəşrlər üçün bu məqalələr, yəhudilərin Azərbaycanla əlaqələrinə yönəlmiş standart araşdırmalardır, məsələn JTA iyul ayından etibarən 2021 -ci ildə bu cür dörd parça nəşr edib. Bu məqalələr siyasi cəhətdən neytral olsa da, yenə də Azərbaycanın nüfuzunun yüksəlməsinə kömək edir. Digər publikasiyalar isə Cənubi Qafqaz ölkəsi üçün ictimaiyyətlə əlaqələri yaxşılaşdırmaq üçün açıq cəhdlərdir. Bunun nümunəsi olan yazıçı Arye Qut - 2020 -ci ildə Yerusəlim Postda altı dəfə məqalə nəşr etmişdir. O, tez-tez yəhudi nəşrlərində Azərbaycan haqqında məhəbbətlə yazır. Yazıları təbliğat yönümlü məqalələrlə oxşardır, bir məqaləsində avtokratik Əliyevin "dünyəviliyə, multikulturalizmə və tolerantlığa sadiqliyi ilə İsrail cəmiyyətinin və dünyanın digər dövlətlərindəki yəhudi icmasının hörmətini qazandığı" bildirir. Bu məqalədə Qut, Azərbaycan-İsrail əlaqələrinin daha sıx olması üçün Azərbaycanın tolerantlıq tarixindən istifadə edir və yəhudilərin oxuduğu nəşrdə müasir Ermənistan hökumətini müasir bir nasist rejimi ilə müqayisə edir. 

 

Azərbaycan Yəhudilərinin İsrail-Azərbaycan Münasibətlərinə Təsirinin Qiymətləndirilməsi

 

          Bir çox ictimai xadim İsrail-Azərbaycan münasibətlərinin əsasını Azərbaycan Yəhudi icması və onun Azərbaycandakı yaxşı təcrübələrinin təşkil etdiyini hesab edir. Prezident Əliyev müntəzəm olaraq İsraildə və Azərbaycana gələn yəhudi əcnəbilərlə danışarkən, ölkəsinin yəhudiləri xoş qarşılamaq ənənəsindən istifadə edirdi. 2000-ci ildə İsrailin Bakıdakı səfirliyində çıxış edən Əliyev “Azərbaycanla İsrail arasındakı dostluğun dərin kökləri var. Əsrlər boyu yəhudilər Azərbaycanda bərabərhüquqlu vətəndaş olaraq olaraq yaşayıblar. Azərbaycanlılar onları heç vaxt əcnəbi hesab etmirlər” demişdir. İllər sonra Əliyev 2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bu fikri bir daha təsdiqlədi və Azərbaycan Yəhudi icmasını "ikitərəfli münasibətlərimizdə böyük bir faktor" olaraq xarakterizə etdi. Baş nazir Netanyahu Azərbaycan yəhudilərini "millətlərimiz arasında körpü" adlandıraraq razılıqla cavab verdi. 

          Lakin, həqiqətən də Azərbaycanda yəhudilərin qəbul edilməsinin əlamətdar bir tarixi olsa da, bu göstəricilər bu icmanın İsrail-Azərbaycan münasibətlərinin formalaşmasında oynadığı rolu çox qabardır. Əslində Azərbaycan Yəhudiləri istər iqtisadi, istərsə də siyasi əlaqələrin qurulmasında az rol oynayır.

          İqtisadi olaraq İsrail ilə Azərbaycan arasında əlaqələr güclüdür. 2000-2005 -ci illər arasında İsrail Azərbaycanın ən böyük onuncu ticarət tərəfdaşından beşinci ən böyük ticarət ortağına keçdi. Ancaq əlaqələrə, mədəni mənşəyini istifadə edən azərbaycanlı yəhudilərə məxsus və ya yəhudi işçiləri olan firmalar tərəfindən deyil, daha çox tipik İsrail və Azərbaycan şirkətləri ağalıq edir. Azərbaycanda ən böyük varlığa malik olan İsrail şirkətləri, Bezeq telekommunikasiya şirkəti kimi əvvəlcədən qurulmuş böyük şirkətlərdir. Bu artan iqtisadi əlaqəni Azərbaycan yəhudilərinin idarə etdiyinə dair çox az dəlil var. Azərbaycan perspektivinnən baxdıqda, İsraildən keyfiyyətli mal və xidmətlərə çıxış əldə etmək təbii maraqdır. İsraillilər üçün həmçinin Azərbaycanın neft ehtiyatlarına və bazarlarına çıxmaqda eyni dərəcədə proqnozlaşdırıla bilən maraq var. 

          Azərbaycan və İsrailin bir-birinə siyasi yaxınlığı, Azərbaycanın anti-semitizmi olmamasına əsaslanan hər hansı bir yaxınlıqdan daha çox real siyasətin nəticəsidir. İsrail-Azərbaycan münasibətləri, İsrailin Qafqaz/Xəzər dənizi bölgəsində müttəfiqlər toplamaq istəyi və Azərbaycanın anti-Qərb dünyasından uzaqlaşmaq və postsovet xarici siyasəti qurmaq istəyindən qaynaqlanır. Əlaqələr daha sonra ortaq hərbi maraq motivində inkişaf etdi. İsrail və İsrail firmaları Azərbaycan birinci Dağlıq Qarabağ müharibəsində məğlub olduqdan sonra Azərbaycanı silahlandırmağa başladılar. Bu satışların qarşılığında İsrailin düşmən olmasa da, regional rəqib olaraq gördüyü dövlətlərlə: Türkiyə və İran, sərhəddə müttəfiqi var. Xüsusilə İranın məhdudlaşdırılmasında İsrail ilə Azərbaycan arasında qarşılıqlı maraq var. İsrail İran İslam Respublikasını ekzistensial bir təhlükə olaraq qəbul edir. Əsasən sekulyar azərbaycanlılar üçün İranın islamçılığa regional dəstəyi, Azərbaycanın Xəzərdəki neft və qaz ehtiyatlarına dair iddialarını tanımaması və öz azərbaycanlı əhalisinə qarşı pis rəftar etməsi onu ədavətli aktyor edir. Eyni şəkildə, iki dövlət radikal sünni cihadçılığa qarşı mübarizə aparmaqda maraqlıdır, İsrail, Ərəb və Fələstin cihadçılarının, Azərbaycan isə Çeçenistan və Dağıstanın terror təhdidləri ilə üz -üzədir.

          Azərbaycan-İsrail münasibətlərinin əsasında mədəni komponent durur. Ancaq bu, Azərbaycan yəhudilərinin oynadığı rol deyil. Əksinə, hər iki dövlət özlərini hər tərəfdən əbədi düşmən mühiti ilə üzləşən kiçik cəmiyyətlər kimi qarşılıqlı fikirdədirlər: İsrailin vəziyyətində olan ərəblər (fiziki səhnədə bu daha çox anti-semitizm tarixi ilə bağlıdır) və Azərbaycan məsələsində ermənilər,  ruslar və iranlılar. Mühasirə anlayışları hər iki xalqın ümumi şüurunu təyin edir və hər iki dövlətin xarici siyasəti üçün təcili praqmatizm anlayışına səbəb olur. İsrailin Azərbaycandakı keçmiş səfiri Eitan Naeh 2002 -ci ildə "Çox dostu olmayan ölkələr bir - birini tapır" deyərək bunu yaxşı ifadə etmişdir.  Azərbaycan yəhudiləri ilə Azərbaycan müsəlmanları arasında tarixi bir dostluq təməl bir tanışlıq yaratmaqda rol oynayır, ancaq münasibətlərin əsası həmişə geosiyasi maraqla bağlıdır. Alim Aleksandr Murinson xalq şüuru ilə Azərbaycan-İsrail münasibətlərindəki siyasi maraq arasındakı əlaqəni təsvir edərək yazır ki, "əsrlər boyu azərbaycanlılarla yəhudilər arasında ortaq bir varlığın kollektiv yaddaşı rasional "realpolitik" hesablamalar və Azərbaycan-İsrail ortaq maraqlarına dair geosiyasi təsəvvürləri gücləndirir.”

Nəticə

 

          Azərbaycan yəhudiləri özünəməxsus bir təcrübəyə sahibdirlər. Yəhudi xalqının digər təbəqələrindən fərqli olaraq, canlı yaddaşında dövlət tərəfindən dəstəklənən antisemitizm yaşamayıblar. Anti-semitizm təcrübələri bir çox yəhudi icması üçün əsas olsa da, Azərbaycan yəhudiləri, demək olar ki, tam əksinədir və Azərbaycana bağlılıq onların şəxsiyyətinin əsas xüsusiyyətidir. Bu onlara dünya yəhudiliyi ilə Azərbaycan arasında elçi rolunu oynamağa imkan verdi. Ancaq bu rolun iqtisadi və siyasi təsirləri minimal idi. Azərbaycan və İsrail arasındakı böyük əməkdaşlıq Azərbaycan yəhudilərinin yüksək sosial statusunun xüsusi bir nəticəsi kimi deyil, iki dövlətin üzləşdiyi geosiyasi reallıqların təbii nəticəsi kimi qiymətləndirilməlidir.

bottom of page